Bu yolda sürət həddi endirildi

 17:08 04.04.2023     416

Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saat-a endirilib.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qurum sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edir.