MM Aparatında hüquqşünas ixtisası üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

Məlum olduğu kimi, 2023-cü il fevralın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatında hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Bildiririk ki, müsabiqənin yazılı imtahan mərhələsi cari il aprelin 29-da Milli Məclisin inzibati binasında keçiriləcək. İmtahana yalnız hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş vətəndaşlar şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar. İmtahan verəcək şəxslər aprelin 29-da saat 10:00-dan gec olmayaraq Milli Məclisin inzibati binasına gəlməlidirlər.
İmtahan zamanı mobil telefondan və digər elektron cihazlardan istifadə etmək qadağandır. Namizədlərə özləri ilə telefon və digər elektron cihazları gətirmək tövsiyə olunmur”, - məlumatda deyilir.