İlham Əliyev Ərdoğana təşəkkür etdi

 18:30 04.04.2023     279

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.

"Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Türkiyə Prezidenti təqdimatdan sonra "Tviter"də paylaşım edərək İlham Əliyevi təbrik edib.

"Qardaşım İham Əliyev də Türkiyənin qüruru "Togg"’unu təslim aldı. Evinizə xeyirli olsun! Allah gözəl günlərdə sürməyi nəsib etdin!"

Tunar Altunbay