Baş nazirdən DTX ilə bağlı yeni QƏRAR

 20:50 04.04.2023     751

İstintaq təcridxanalarının daxili intizam Qaydalarına dəyişiklik edilib.

Redaktor.azxəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində—Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən müəyyən ediləcək.

Əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi belə səlahiyyətə malik olub.

Nazirlər Kabinetinin qərarı ilə artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.