Abşeronda binaya mərtəbələr ARTIRILDI - VİDEO

 22:25 04.04.2023     588

Abşeron rayonunda binaya mərtəbələr artırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun Xırdalan şəhərində binaya iki mərtəbə artırılıb.

Bu, binadakı digər mənzillərin sahiblərinin narazılığına səbəb olub.

Abşeron Rayon İcra Hakimiyyəti binaya mərtəbələrin artırılması ilə bağlı görüntülərə aydınlıq gətirib.

RİH-nin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kənan Babayev oxu.az-a bildirib ki, tikiliyə iki mərtəbənin artırılması ilə bağlı araşdırma aparılır:

“Binanın tikintisinə 2019-cu ildə sənədləşdirmə işləri aparılaraq başlanılıb. Bir müddət öncə eyni mənzilin müxtəlif vətəndaşlara satılması faktları aşkarlanıb və hazırda məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır. Bina ilə bağlı araşdırmaların nəticəsinə əsasən üzərimizə düşən öhdəliklər tərəfimizdən yerinə yetiriləcək”.

Həmin görüntüləri təqdim edirik: