Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edildi

 10:54 05.04.2023     257

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.

Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.