Nazirinin yüksək vəzifəyə təyin etdiyi şəxslərin DOSYESİ

 13:22 05.04.2023     675

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musyevin əmri ilə yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Orxan Cəfərov 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İxtisası həkim-psixiatrdır. O, 2011-2013-ci illərdə Respublika Psixiatriya Xəstəxanasında həkim-psixiatr kimi fəaliyyət göstərib. 2020-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Elşən Mustafayevə gəlincə, Elşən Mustafayev ixtisasca psixiatr, psixoterapistdir.

O, 2005-ci ildə Azərbaycan Tibb Universitetində Psixiatriya təhsili alıb, 2006-cı ildə 1 saylı Respublika Psixiatriya xəstəxanasında – həkim psixiatr, 2007-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında – şöbə müdiri, 2018-ci ildən Medical Plaza Klinikasında – həkim psixiatr kimi çalışmaqdadır.