İranın Bakıdakı səfirliyindən bayraq çıxarıldı

 17:51 05.04.2023     484

Tehranın Azərbaycandakı səfirliyinin qarşısında olan İran bayrağı götürülüb.

Redaktor.az xəbər verir ki, cebhe.info əməkdaşının ərazidə apardığı müşahidə göstərib ki, artıq bayraqlar binanın qarşısında yoxdur.

Söhbət Səbail rayonu Bünyad Sərdarov küçəsində (İçərişəhər) yerləşən Tehran səfirliyinin binasından gedir.

Aldığımız məlumata görə, səfirliyin binası bu ünvadan Şərifzadə prospektindəki ikinci binaya köçürülür.