Bakıda məşhur mağazada oğurluq bahalı saatlar satılırmış - FOTO

 16:03 06.04.2023     472

2021-ci ildə Bakıda evlərin birində oğurlanan 28 minlik saat Nəsimi rayonunda İsveçrə saatlarının satışını həyata keçiriən "Avazli & Co” mağazasında aşkar edilib. 

Redaktor.az Qaynarinfo-ya istinadən bildirir ki, oğurluq Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı binada yerləşən mənzillərin birində edilib. 

Mənzildən qiyməti 13 min manat olan 1 ədəd gümüşü rəngli metaldan, içərisində "Ulysee Nardin” markalı ümumi çəkisi 140,06 qram təşkil edən, qiyməti 16 min manat olan 1 ədəd gümüşü rəngli metaldan, içərisində "Hublot” markalı ümumi çəkisi 119,16 qram təşkil edən, qiyməti 700 manat dəyərində olan 1 ədəd "Tissot" markalı qol saatları və qiyməti 1000 manat olan "Versace" markalı sadə metaldan hazırlanmış kişi üzüyü oğurlanıb. 

Oğurlanan "Hublot” və "Ulysee Nardin” markalı iki ədəd saatı "Avazli & Co” mağazasının direktoru tanışı vasitəsi ilə 5600 dollar ödəyərək əldə edib.

Mağaza saatları "Avazlıendco” "Facebook” səhifəsində satışa çıxarıb. Polisin apardığı araşdırma nəticəsində saatlar mağazanın sosial şəbəkəsində aşkarlanıb. Polis onları mağazadan müsadirə edərək, sahibinə qaytarıb. 

Oğurluq hadisəsinə görə məhkəmə iclasında ifadə verən mağazanın direktoru bildirib ki, 2021-ci ilin aprel ayından "Avazlıendco” mağazasının direktoru vəzifəsində çalışır: "Həmin mağaza əsasən işlənmiş, ikinci əl marka saatların satışı və alışı ilə məşğul olur". 

Tanışı təxminən bir il öncə qızıl alış və satışı ilə məşğul olan Hətəm adlı şəxslə Moskva Univermağında tanış olub. Hətəm ona "WhatsApp" mobil tətbiqi vasitəsi ilə iki ədəd saat şəkli atıb. O isə saatlara baxdıqdan sonra həmin ala biləcəyini deyib. Daha sonra "Hublot” və "Ulysee Nardin” markalı saatlara 5600 dollar ödəyərək saatları alıb. 

Bundan sonra o, işlətdiyi mağazada "Hublot” markalı qol saatını 7200, "Ulysee Nardin”i isə 3700 dollara satışa qoyub. Eyni zamanda həmin saatları mağazanın "Facebook" səhifəsində nümayiş etdirib: 

"Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları işlədiyi mağazaya gələrək, saatların oğurluq olduğunu bildirdi və kimdən aldığımı soruşdu. Saatları Hətəm adlı şəxsdən aldığımı dedim. Onları alarkən oğurluq olduğunu bilməmişəm, həmin saatlara görə ümumilikdə 9520 manat ödəmişəm və saatların ondan istinaq tərəfindən götürülməsi səbəbindən həmin məbləğdə maddi ziyan dəyib".

Qeyd edək ki, oğurluq hadisənini törədən şəxs dəfələrlə məhkum olunmuş 1967-ci il tarixdə Tərtər rayonunda anadan olan Adəmdir (şərti). Zərərçəkmiş şəxsin evdən ailəsi ilə birlikdə çıxaraq istirahət etmək üçün Novxanı qəsəbəsində yerləşən bağ evinə getdiyi gün oğurluğu törədib. Mənzilə dam örtüyündən mətbəx otağının plastik pəncərəsini zor tətbiq etmək yolu ilə daxil olub. 

Məhkəmənin qərarı ilə Adəmə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.