Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 79 yeni yoluxma qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.
Məlumata görə, xəstəlikdən 3 nəfər vəfat edib.