Goranboyda yağış suları yollarda çətinlik yaradıb

 08:30 07.04.2023     312

Yağış suları Goranboy rayonunda bəzi avtomobil yollarında çətinlik yaradıb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, aşam saatlarında yağan yağış səbəbindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində avtomobil yoluna yağmur suları dolub.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.

Qeyd edək ki, rayon ərazisinə bir neçə dəqiqə dolu da düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.