Nöqsanlar aşkarlanan apteklərin SİYAHISI - VİDEO

 09:46 07.04.2023     333

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.

AQTA-dan Redaktor.az-a verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.

Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Həmçinin ötən ilin dekabrın 6-dan etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan apteklər barədə məlumat

Müəssisənin adı

Müəssisənin ünvanı

Məhsulun adı və miqdarı

Aşkarlanan uyğunsuzluq

1

"Zeytun" aptek

Nizami rayonu, Q.Qarayev pr.,

ev 25/6, m. 43

1) Türkiyə istehsalı olan 80 ədəd "Dermosirr" əmtəə nişanlı yağ
2) 1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qr

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

60 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr

Qida təhlükəsizliyi sertifikatı mövcud deyil

2

"Zeytun" aptek

Yasamal rayonu, Şərifzadə küçəsi,

ev 119

40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

3

"Zeytun" aptek

Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19,

m. 18

1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qr

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

4

"Klover" aptek

Nizami rayonu, Q.Qarayev pr.,

ev 31A

1) 7 ədəd "D-CelorolFort" əmtəə nişanlı vitamin
2) 2 ədəd "Malbiofarm" əmtəə nişanlı vitamin
3) 1 ədəd "Komplivit" əmtəə nişanlı vitamin

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

5

"Avis" aptek

Nəsimi rayonu, S.Vurğun küçəsi,

ev 86

7 ədəd "Taliya" əmtəə nişanlı vitamin

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

6

"Zeytun 505" aptek

Nəsimi rayonu, R.Rza və M.Füzuli küçələrinin kəsişməsi

40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr

Qida təhlükəsizliyi sertifikatı mövcud deyil

7

"Dərmançı 392" aptek

Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi

18 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr

Qida təhlükəsizliyi sertifikatı mövcud deyil

8

"Zeytun 301" aptek

Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi, ev 18

4 ədəd "D3 Emaks" əmtəə nişanlı vitamin

Qida təhlükəsizliyi sertifikatı mövcud deyil

9

"Kardio" aptek

Şəki şəhəri, Bağbanlar küçəsi

1) 2 ədəd "Qara Zirə" əmtəə nişanlı yağ 250 ml
2) 1 ədəd "Apilak" əmtəə nişanlı məlhəm 25 kapsul
3) 3 ədəd "Nat-sedavit" əmtəə nişanlı məlhəm 100 kapsul
4) 1 ədəd "Spektrum" əmtəə nişanlı vitamin 30 kapsul
5) 1 ədəd "Bronx +" əmtəə nişanlı şərbət 150 ml
6) 3 ədəd "Urobest" əmtəə nişanlı məlhəm 38 kapsul
7) 1 ədəd "Acidekzol" əmtəə nişanlı şərbət 200 ml
8) 6 ədəd "Prolaks kids" əmtəə nişanlı şərbət 100 ml
9) 4 ədəd "Prolaks" əmtəə nişanlı şərbət 100 ml
10) 1 ədəd "Bio-Kolik" əmtəə nişanlı sirop 125 ml
11) 10 ədəd "Venatura" əmtəə nişanlı şərbət 25 ml
12) 1 ədəd "Novo-pasit" əmtəə nişanlı məlhəm 100 kapsul

Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb

10

"Kardio" aptek

Şəki şəhəri, Z.Əliyeva küçəsi

1) 1 ədəd "Sanoles" əmtəə nişanlı məlhəm 30 kapsul
2) 1 ədəd "Zvezdoçka" əmtəə nişanlı məlhəm 18 kapsul
3) 1 ədəd "Plamin" əmtəə nişanlı məlhəm 50 kapsul
4) 1 ədəd "Trio Sinerji" əmtəə nişanlı məlhəm 60 kapsul
5) 3 ədəd "Sedasan" əmtəə nişanlı məlhəm 30 kapsul
6) 10 ədəd "Nat Qara Zirə" əmtəə nişanlı məlhəm 100 kapsul
7) 5 ədəd "Nat Ərküdə" əmtəə nişanlı məlhəm 100 kapsul
8) 2 ədəd "Prospan" əmtəə nişanlı şərbət 100 ml
9) 1 ədəd "Alora" əmtəə nişanlı şərbət 100 ml
10) 7 ədəd "Nat-Udi" əmtəə nişanlı məlhəm 100 kapsul
11) 1 ədəd "Çiston" əmtəə nişanlı məlhəm 100 kapsul
12) 3 ədəd "Nat-Prostat" əmtəə nişanlı məlhəm 100 kapsul
13) 2 ədəd "Stomax" əmtəə nişanlı məlhəm 30 kapsul
14) 1 ədəd "Bilobil" əmtəə nişanlı məlhəm 20 kapsul
15) 1 ədəd "Anzibel" əmtəə nişanlı məlhəm 20 kapsul

Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb

11

"Kardio" aptek

Şəki şəhəri, N.Nərimanov küçəsi

1) 1 ədəd "Krilom" əmtəə nişanlı balıq yağı 30 kapsul
2) 1 ədəd "Bestom" əmtəə nişanlı balıq yağı 60 kapsul
3) 1 ədəd "Prokal D" əmtəə nişanlı vitamin 200 ml
4) 1 ədəd "Nyam-Nyam Kids" əmtəə nişanlı şərbət 200 ml
5) 2 ədəd "Pikovit" əmtəə nişanlı vitamin 30 kapsul
6) 3 ədəd "Bio Stres" əmtəə nişanlı şərbət 125 qr
7) 2 ədəd "Qastrosen" əmtəə nişanlı şərbət 250 ml
8) 1 ədəd "Qedeliks" əmtəə nişanlı şərbət 100 ml
9) 1 ədəd Sedaflor-B" əmtəə nişanlı məlhəm 30 kapsul
10) 1 ədəd "Ekstrased" əmtəə nişanlı məlhəm 30 kapsul
11) 1 ədəd "Tri Valumen" əmtəə nişanlı məlhəm 30 kapsul
12) 1 ədəd "Sedaflor-B Night" əmtəə nişanlı məlhəm 20 kapsul
13) 2 ədəd "Seuril" əmtəə nişanlı məlhəm 40 kapsul
14) 1 ədəd "Stress Nol" əmtəə nişanlı məlhəm 15 kapsul
15) 1 ədəd "Novarest" əmtəə nişanlı məlhəm 30 kapsul
16) 1 ədəd "Bronxonat" əmtəə nişanlı şərbət 100 ml
17) 1 ədəd "Renokaps" əmtəə nişanlı şərbət 100 ml
18) 1 ədəd "Grensam" əmtəə nişanlı şərbət 150 ml

Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb

12

"Zeytun 595" aptek

Nizami rayonu, M.Şərifli küç.,

ev 241A

4 ədəd "Solgar" əmtəə nişanlı vitaminlər (hər biri müxtəlif növ partiyalara məxsus)

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil

13

"Kardio" aptek

Gəncə şəhəri, Təbriz küçəsi

6 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg

Azərbaycan dilində markalanması mövcud deyil

14

"Evro" aptek

Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 8

1 ədəd "Biokontur" əmtəə nişanlı malina, 1 ədəd multifrukti balıq yağı 100 kapsul

Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb

15

"Gəncə" aptek

Gəncə şəhəri, Təbriz küçəsi 54

1 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg

Azərbaycan dilində markalanması mövcud deyil