"Azəriqaz"da hazırda 190 müraciət icraatdadır

 11:53 07.04.2023     441

"Azəriqaz" İstehsalat Birliyinin şikayətləri araşdırılması şöbəsinə 2023-cü ilin 3 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 3442 müraciət daxil olub. Bunlardan 1601 müraciət "Opentext" proqramı vasitəsilə, 1841 müraciət isə elektron formada olub. "Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 3 ayı ilə müqayisədə 107 müraciət az təşkil edir". 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin  Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrdə qazlaşdırılması, sayğac quraşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub:

"Ümumilikdə şöbənin mühəndisləri tərəfindən 2023-cü ilin 3 ayı ərzində 1692 müraciət ətraflı araşdırılaraq icrası "Opentext " proqramı vasitəsilə təmin olunub. Bunlardan 281 şikayət ərizəsi 2022-ci ilin dekabr ayında daxil olub. Hazırda 190 müraciət şöbənin icraatındadır".

Həmidə İbrahimova