"Azəriqaz"ın Çağrı mərkəzləri bu tarixdə işləməyəcək

 11:59 07.04.2023     589

Aprelin 8-də "Azəriqaz" İstehsalat Birliyininn "104" və "185" Çağrı mərkəzləri fəaliyyət göstərməyəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

O deyib ki, Çağrı mərkəzlərinin fəaliyyəti sadəcə 1 gün dayandırılacaq:

"Çağrı mərkəzləri ilə müraciətlər qəbul edilməyəcək. "Azəriqaz" İB-in rəsmi saytından və ya WhatsApp mobil tətbiqindən olan müraciətlərə baxılacaq. Abonentlərdən müraciət edərkən əlaqə nömrəsi, abonent kodu və mövcud olan problemin bildirilməsi xahiş olunur".

Həmidə İbrahimli