Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı - VİDEO

 18:19 07.04.2023     441

Paytaxtın Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında qanunsuz tikinti işləri həyata keçirilib. 

Redaktor.az xəbər verir ki, bu barədə məlumatlar "Baku.ws" məlumat yayıb. 

Belə ki, sözügedən ünvanda binanın sonuncu mərtəbəsində mansard tipli qanunsuz tikinti işləri həyata keçirilib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında yerləşən “Main” yaşayış komleksinin 33 saylı yaşayış binasına baxış keçirilib:

“Binanın sonuncu mərtəbəsində qeyri-qanuni inşa olunan tikili sökülüb və yaşayış kompleksinin rəhbərliyinə binanın layihə vəziyyətinə qaytarılması barədə tapşırıq verilib”.

Sözügedən görüntüləri təqdim edirik: