Vilayət Eyvazovdan rəis TƏYİNATI

 21:28 07.04.2023     1552

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.