Daha bir avtobusda ödəniş kartla olacaq

 09:51 08.04.2023     715

Aprelin 10-dan etibarən daha bir avtobus marşrutunda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, bu, “Azadlıq Prospekti” metrostansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xəttidir.

Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.