Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verildi

 12:45 08.04.2023     518

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yaşayış sahələrində, sənaye, dağlıq-meşə zonalarında baş verən yanğınların söndürülməsi üçün 5 yeni müasir yanğınsöndürən avtomobili verib.

Redaktor.az xəbər verir ki, yeni avtomobillərə Rusiya istehsalı olan 3 ədəd “KamAZ” və 1 ədəd “Ural” markalı yanğınsöndürən, Almaniya istehsalı olan 1 ədəd “İveco” Magirus markalı 42 metr hündürlüyə uzanan avtonərdivan daxildir.

Avtomobillər çoxprofillidir, yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, yanğın yerinin işıqlandırılması eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.