XİN rəsmisindən Ağdaban soyqırımı ilə bağlı PAYLAŞIM

 12:55 08.04.2023     895

“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür”.

Redaktor.az xəbər verir, ki Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu barədə "Twitter" hesabında paylaşım edib.

“130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb”, - deyə XİN sözçüsü qeyd edib.