Deputat Hacıbala Abutalıbovun villasının fotolarını yaydı

 15:39 08.04.2023     1296

“Milli Məclisin dünənki plenar iclasında Suraxanı rayonu ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə seçicilərimin kollektiv müraciətləri əsasında çıxış etdim”.

Redaktor.az xəbər verir ki, bunu deputat Etibar Əliyev feysbuk hesabında yazıb.

O, bildirib ki, həmin şəxslərdən biri 5 il Suraxanı rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur:

“Özünü mütrüf kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir. 

Görün, nə qədər ərazini zəbt edib. Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı- yağışlı günlərdə başqa ərazilərdəki baxçalara və internatlara aparırlar. 

Əgər Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər. Bu, mənə edilən müraciətlərdə yalnız 2 villadır”.

Deputat paylaşımına Hacıbala Abutalıbovun villasının görüntülərini də əlavə edib. Həmin fotoları təqdim edirik: