Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 71 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 75 nəfər isə sağalıb. Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.