Göyçayda təmizlik işləri intensivləşib - FOTO

Göyçay rayonunda son aylarda abadlıq və təmizlik işləri, yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi, yeni ağaclar, gül-çiçək kolları əkilməsi və suvarlma işləriintensiv hal alıb.
Redaktor.az xəbər verir ki, abadlaşdırma və təmizlik işlərinin davamı olaraq Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri növbəti səliqə - sahman işlərini rayonun Qarabaqqal kəndində aparıblar.
Belə ki, məişət tullantılarının daşınması üçün kəndin ərazisində yerləşən poliqonun ətrafına səpələnən polietilen torbalar zibil torbalarına yığılaraq, ərazi təmizlənib.
Qeyd edək ki, ekoloji tarazlığın qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından Sanitar-Təmizlik İdarəsi tərəfindən rayonda təmizlik işləri gündəlik olaraq aparılır.
Tunar Altunbay