Dumana görə görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 09-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.