Redaktor.az-ın 4 yaşı tamam oldu

 13:32 10.04.2023     403

Bu gün Redaktor.az portalının fəaliyyətə başlamasının 4 ili tamam olur.

Redaktor.az portalı 2019-cu il aprelin 10-da yaradılıb. Qısa müddətdə Azərbaycanda özünü ciddi xəbər saytı kimi tanıda bilib.

Jurnalistika peşəsinə məsuliyyət və sadiqliyi ilə Azərbaycan mediasında populyarlıq qazanan Redaktor.az saytı araşdırma, müsahibə, digər janrlarda materiallar təqdim edir, operativ xəbər istehsalı ilə məşğuldur. 

Saytın ölkəmizdə və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv və bitərəf yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır. 

Redaktor.az portalının təsisçisi Seymur Şeydayev, baş redaktoru Aqil Aslandır.