"Azərsu"yun rəhbəri Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul edəcək

 15:44 10.04.2023     605

Aprelin 14-də “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edəcək.

Redaktor.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlar qəbul üçün Naftalan, Goranboy və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.