"Azəriqaz"ın “Açıq mikrofon”u Kürdəmirdə quruldu - FOTO

 19:05 10.04.2023     478

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin Kürdəmir rayonunda qurulub.

Redaktor.az xəbər verir ki, aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb.

Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub.

Aksiyaya qatılan digər 3 sakin isə SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən