"Yol-nəqliyyat hadisələri 30% azalıb" - BNA sədri

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyada və yol-nəqliyyat təhlükəsizliyi sahəsində görülən işlərin nəticəsində yollarda təhlükəsizlik səviyyəsi artıb.
Redaktor.az xəbər verir ki, bu barədə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O qeyd edib ki, əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 30%, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 6% azalıb.