Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir - Vahid Əhmədov

 11:39 11.04.2023     800

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Bəyanatda qeyd edilir ki, razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib.

Bəs, bunun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Və o cümlədən, neft ixracı ilə əlaqədar və digər məsələlərdə çox ciddi irəliləyişlər var.

“Cənab Prezidentin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı güclənir, genişlənir. Qazaxıstan Orta Asiyada kifayət qədər güclü dövlərdən biridi. Özünün nefti, qazı və digər ixracları kifayət qədərdi. Və bizim də imkanımız var ki, Qazaxıstan neftini Azərbaycan neft kəmərləri vasitəsilə Avropaya çıxaraq. Son vaxtlar Rusiya tərəfindən Qazaxıstana neftin ixracı ilə, qazla əlaqədar müəyyən təkliflər oldu. O təkliflərin əksəriyyəti də qəbul olunmadı. Qazaxıstan Azərbaycanla dost münasibəti olduğu üçün, Türk Dövlətlər Birliyinin iştirakçısı olduğu üçün əlbəttə buna daha üstünlük verirlər" - deyə millət vəkili bildirdi.

Vahid Əhmədov bunun həm Azərbaycan, həm Qazaxıstan üçün əhəmiyyətini açıqladı:

“Bu bizim üçün əhəmiyyətlidir, çünki əlavə gəlirlərdi. Qazaxıstan üçün də ona görə əhəmiyyətlidir ki, neftini Azərbaycan vasitəsilə Avropaya çıxara bilir. Burada digər məsələlər də var, onlar iqtisadi əlaqələrdi. Həmçinin müxtəlif məsələlər müzakirə obyekti olub. Bu iki dövlət arasında iqtisadi layihələrin təmin edilməsi, iqtisadiyyatın inkşafı ilə əlaqədar müəyyən məsələlər çox vacibdir".

Arzu İSMAYIL