Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO

 10:51 12.04.2023     512

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovun nəşi ailəsinə təhvil verilib.

Redaktor.az xəbər verir ki, hazırda onunla yaşadığı Abşeron rayonunun Saray qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin! (report)

22