"Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil" - Vahid Əhmədov

"Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır".
Redaktor.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirələr zamanı deputat Vahid Əhmədov deyib.
O, vurğulayıb ki, nöqsanlarla barədə heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır:
"Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır".
V.Əhmədov həmçinin təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olmalıdır.
"Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır",- deyə deputat fikrini tamamlayıb.