Şəhid Elşad Həsənov dəfn olundu

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Elşad Həsənov dəfn edilib.
Redaktor.az xəbər verir ki, şəhidin cənazəsi bu dəqiqələrdə Ağstafa şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər (apa).