Tıxac olan yolların SİYAHISI

Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb.
Redaktor.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtın bəzi yollarında sıxlıq müşahidə edilir.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Badamdar şosesi, mərkəz istiqamətində;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.