Bakı-Tbilisi aviareysi təxirə salındı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” şirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Redaktor.az-a “AZAL”dan bildirilib.
Məlumata görə, təyyarə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.