Meliorasiya və Su Təsərrüfatında idarə rəisi işdən çıxarıldı

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yevlax melioservis idarəsinin rəisi Qabil Mustafayev vəzifəsini tərk edib.
Redaktor.az xəbər verir ki, adıçəkilən idarəyə rəhbərlik Cəsarət Zülüyevə həvalə olunub.
Xatırladaq ki, Yevlax melioservis idarəsi 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min 598 manatdır.