Keçmiş deputatın məşhur restoranında nöqsanlar aşkarlandı - RƏSMİ

 17:51 13.04.2023     431

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub. 

Redaktor.az xəbər verir ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, istifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 1 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Bolmart" market

Nizami rayonu, Q.Qarayev prospekti 4C

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

2

"Badami" market

Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

"Army" market

Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, ev 16

1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

4

"Yaşar" market

İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

5

"Final"market

İsmayıllı rayonu, İsmayıllı kəndi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Apteklər

6

 

 

 "Etibarlı"  aptek

Qusar şəhəri, N.Şərifov küçəsi, ev 36

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.İstifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı

7

"Oki" aptek

Qusar şəhəri, F.Mustafayev küçəsi, ev 27A

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                       

8

"Dokta" MMC-yə məxsus aptek

İsmayıllı şəhəri, M.F.Axundov küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9

"Dokta" MMC-yə məxsus aptek

Bərdə rayonu, Bakı küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

10

"Həyat Kabab House" restoranı

Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 52

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

11

"Şəki" restoranı

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 38A

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

12

"Rose İnn" hotelində restoran

Nərimanov rayonu, M.Araz küçəsi, ev 110

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

13

"Raymond" hotelində restoran

Nərimanov rayonu, M.Araz küçəsi, ev 49

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

Qeyd edək ki, siyahıda adı keçən "Şəki" restoranı Bakıda məşhur restoranlardan hesab olunur. Restoranın sahibi keçmiş deputat Fərhad Qəribovdur.