“EnergyTech” hakatonuna start verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "ASAN xidmət" və "Azərişıq ASC"-nin təşkilatçılığı ilə keçirilən "EnergyTech" hakatonuna start verilib.
Redaktor.az tədbirdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, "Azərişıq" ASC-nin ASAN Xidmətlə İş departamentinin direktoru Fərruh Heybətov, “PAŞA Holding”də İnnovasiyalar üzrə proqram rəhbəri Fərrux Əliyev, hakaton iştirakçıları və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
2 gün davam edəcək hakatonun birinci günündə 13-25 mart tarixlərində müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda öz ideyalarının prototiplərini hazırlayacaq, ikinci günündə isə prototiplər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə mükafatlar təqdim olunacaq.
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilmiş və dərhal icrasına başlanılmışdır. EnergyTech Hakatonu Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası üzrə ilk dəfə olaraq təşkil olunur və enerji təchizatı şəbəkəsinə qoşulma xidməti üzrə “e-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə həyata keçirilir.





