"Azercell"in interneti yenə ÇÖKDÜ

“Azercell” növbəti dəfə öz istifadəçilərini çətin vəziyyətdə qoyub. Təxminən 1 saata yaxın Bakıda "Azzercell"in internet xidməti dayanıb.
Məsələ ilə bağlı Redaktor.az-a “Azercell”dən bildirilib ki, internetin çökməsi texniki problemdən qaynaqlanır.
“Problemin aradan qaldırılması istiqamətində işlər görülür”, - şirkətdən bildirilib.
Tunar Altunbay