Ərazidə xiyar-pomidor əkdirən bulvar rəisi işdən çıxarıldı - VİDEO

 10:15 14.04.2023     723

Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisinin vəzifəsindən azad edildiyi iddia edilir.

Redaktor.az xəbər verir ki, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb. 

Məsələ ilə bağlı oxu.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.

Xatırladaq ki, mövcud məsələ ilə bağlı bir neçə rəhbər şəxsin töhmət aldığı da iddia edilir.

Qeyd edək ki, süjetdə sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantılarının da atıldığı bildirilib. Bu da, öz növbəsində ətrafda pis qoxunun yayılmasına səbəb olur.

Həmin süjeti təqdim edirik: