Göyçayda külək fəsadlar törətdi - FOTO

Dünən Göyçayda güclü külək bir sıra fəsadlar törədib.
Redaktor.az xəbər verir ki, rayonun Heydər Əliyev prospekti, Nizami və Mehman Muradov küçələrinə ziyan vurub.
Belə ki, küləyə tab gətirməyən ağaclar Heydər Əliyev prospektində “Zəfəran” aptekinin , Nizami küçəsində “Mercedes” markalı minik avtomobilinin və Mehman Muradov küçəsində isə yolun üstünə aşıb.
Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir şöbəsinin işçi kollektivi və texnikası cəlb olunub, ağaclar hissələrə doğranaraq ərazilərdən götürülüb.
Bildirək ki, küləyin təsiri nəticəsində rayonun bir çox hissəsində və kəndlərində elektrik verilişi dayanıb.