Göyçayın icra başçısı səyyar qəbul keçirdi - VİDEO

Aprelin 13-dəGöyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Redaktor.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Qızılağac kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Daha sonra Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Mikayılov çıxış edərək kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə kənd sakinləri şirə arxlarının qazılması, internet xətti, kənd yoluna asfalt örtüyünün döşənməsi, modul tipli məktəbin tikilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.