"Azəriqaz" rəsmisi smart-kart tipli sayğacdan istifadə edənlərin sayını AÇIQLADI

"Ölkədə bizim iki tipdə sayağacımız var: öncədən ödənişli və sonradan ödənişli sayağac. 2 milyon 489 min abonentimizin 945 min abonenti öncədən ödənişli sayağacdan istifadə edir. Yalnız smar-tkart tipli sayağaclardan".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İB-nin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, 779.000 abonent əsasən Bakı-Sumqayıt üzrə, regionlar üzrə isə 166.000 abonent öncədən ödənişli smar-tkart tipli sayğaclardan istifadə edir.
Həmidə İbrahimli
