Daha çox villa sahibləri qaz sayğaclarına müdaxilə edir

"Daha çox malikanə tipli villa sahibləri qeyri-qanuni qaz xətləri çəkməkdə maraqlıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İB-nin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında danışıb.
O, bildirib ki, son aylar ərzində paytaxt ərazisində yaşayan villa sahibləri bu üsullara əl atır:
"Tez-tez bu kimi hallarla rastlaşırıq. Bildirmək istəyirəm ki, dərhal bu məsələlərin qarşısı alınır və müvafiq olaraq itirilmiş təbii qazın dəyərinin bərpası ilə bağlı akt tərtib olunur. Vətəndaşları qanundan kənar işlərdən uzaq olmağa dəvət edirik".
Həmidə İbrahimli