Keçmiş polis rəisi Bakı Avtovağzalına direktor təyin edildi - FOTO

 15:39 14.04.2023     510

Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, “Unikal”ın məlumata görə, bu vəzifəyə Qəhrəman Qələndərov təyinat alıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Q. Qələndərov ötən gündən etibarən vəzifəsinin icrasına bağlayıb.

Q. Qələndərovun daha əvvəl Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.