Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olundu

 16:44 14.04.2023     844

Prezident İlham Əliyevin bu gün kənd təsərrüfatı naziri vəzifəsinə təqdim etdiyi Məcnun Məmmədov bir qədər əvvəl kollektivə təqdim olunub.

Redaktor.az xəbər verir ki, təqdimatı dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov edib.

O, yeni nazirə işində uğurlar arzulayıb.