İdmançılarımız İrəvandakı oteldən buraxılmır - Nazir

 11:10 15.04.2023     577

İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.

Redaktor.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov tvitter hesabında paylaşım edib.

"Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mehmanxanada məskunlaşıblar. Ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mətbuata çıxışı yoxdur, - deyə o əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.