"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir - FOTO

Növbəti həftə (17-18.04.2023 və 20.04.2023 tarixləri) daha 3 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Redaktor.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Bərdə rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü Beyləqan rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü isə Füzuli rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.