Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa 79 yeni yoluxma qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.