Şəhid anaları müayinələrdən keçdilər - FOTO

 15:21 16.04.2023     480

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə Tərtər rayonundan gətirilən şəhid anaları Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, həssas kateqoriyalardan olan 30-dan artıq şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib.

 

Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Şəhid anaları Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər