Yuxarı Qarabağ kanalı daşdı

 22:20 16.04.2023     331

Yuxarı Qarabağ kanalı daşıb.

Redaktor.az xəbər verir ki, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.

Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində “Report”un sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.

Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub (report).