Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.